Nə qədər abunəçi qaz limitini keçib? - “Azəriqaz” açıqladı

12:09 - 31 Mart 2023 - ÖLKƏ İÇİ

Bu ilin yanvar-fevral aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 8,9%-i aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçib.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib: 

“Bu ayın 30-na olan məlumata görə, yeni ilimizin üç ayı ərzində abonentlərin 8,9%-i 1200-lük limiti keçib”.

Xəbər xətti