NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, onun məqsədi may ayında Türkiyədə keçiriləcək seçkilərdən sonra və alyansın 11 iyul sammitindən əvvəl İsveçin NATO üzvlüyünü ratifikasiya etməkdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Stoltenberqin sözlərinə görə, İsveç Türkiyə dövlət başçısı seçiləndən sonra NATO-ya üzvlük üçün hələ də “yaşıl işıq” yandıra bilər – onların bu il mayın 14-nə keçirilməsi planlaşdırılır.
“Mənim məqsədim hələ ki, Türkiyədəki seçkilərdən sonra, lakin Vilnüs sammitinə qədər İsveçin ratifikasiyasına nail ola bilək”, - alyansın baş katibi bildirib.
NATO-nun illik sammiti iyulun 11-də Vilnüsdə keçiriləcək.
Bununla yanaşı, Stoltenberq son qərarı Ankaranın verdiyinə diqqət çəkib.
"Mən İsveçin mümkün qədər tez ratifikasiya olunması üçün çox çalışacağam" - deyə NATO-nun baş katibi yekunlaşdırıb.