Türkiyədə zəncirvari qəza - 58 avtomobil toqquşdu - FOTO

05:20 - 31 Mart 2023 - HADİSƏ

Türkiyənin Bolu şəhərində 58 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 2-si ağır olmaqla 10 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, qəza Bolu Qərb-Şərq keçid yolunda baş verib. TIR avtomobilinin sürücüsü idarəetməni itirərək sürüşüb. Nəticədə sərnişin avtobusları, yük maşınları, mikroavtobuslar və avtomobillər də daxil olmaqla 58 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım və xilasetmə qüvvələri cəlbedilib. Qəza səbəbindən yolun Ankara istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.

İlkin məlumata görə, ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb.

Xəbər xətti