Amerikanın İndiana ştatının Lafayette şəhərində beş yaşlı uşaq 16 aylıq qardaşını odlu silahla vuraraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, İndiana ştatının şimal-qərbindəki mənzildə 16 aylıq uşaq tapança ələ keçirən beş yaşlı qardaşı tərəfindən güllələnərək öldürülüb.
Hazırda hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.