Mediasiya Şurasında qaynar xəttin sayı artırıldı

21:53 - 30 Mart 2023 - Cəmiyyət

Vətəndaş məmnunluğunun və daha operativ fəaliyyətin təmin edilməsi məqsədilə Mediasiya Şurasının daha bir Çağrı Mərkəzi xətti fəaliyyətə başladı və beləliklə, qaynar xətlərin sayı 2-ə çatdı.

Artıq vətəndaşlar (012) 1927 xətti ilə yanaşı, *1927 ilə də əlaqə saxlayaraq, suallarını yönləndirə, mediasiya ilə bağlı məlumat ala, həmçinin təklif və iradlarını bildirə bilərlər.

Qaynar xətt: *1927; (012) 1927

Xəbər xətti