“The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç Rusiyanın Yekaterinburq şəhərində yoxa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Qerşkoviç rusların Vaqner özəl hərbi şirkətinin münasibəti haqqında məqalə yazmaq üçün şəhərə gedib. Martın 30-a keçən gecə məlum olub ki, jurnalist 9 saatdan çox əlaqə saxlamayıb.
Sonradan məlum olub ki, FSB jurnalisti casusluqda şübhəli bilinərək saxlayıb.
Bildirilir ki, o, “Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış”.