ABŞ-ın Sudandakı səfiri Con Qodfri və diplomatik missiyanın daha iki əməkdaşı Xartumda baş verən qəzada yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının cümə axşamı Twitter-də dərc olunmuş məlumatında deyilir.
Məlumata görə, səfir Qodfri və səfirliyin digər iki əməkdaşı Xartumda avtomobil qəzasına düşüb. Onlar yerli tibb müəssisələrindən birinə yerləşdiriliblər. Səfir Qodfri artıq xəstəxanadan buraxılıb. Hazırda evdədir.O, həmkarları ilə birlikdə yüngül xəsarətlər alıb.
Səfirlik hadisənin digər təfərrüatlarını açıqlamayıb.