"Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.
Offsideplus.az Türkiyənin "Takvim" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Qarabağ”ın futbolçusu Toral Bayramovla yaxından maraqlanır. "Cim-bom"un baş məşqçisi Okan Buruk azərbaycanlı futbolçunun keçidində israrlıdır.
"Takvim" yazır ki, 1 milyon avro qiyməti olan Bayramov üçün tərəflər arasında danışıqlar davam edəcək.
Qeyd edək ki, Toral Bayramovun "Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var.