Samara vilayətinin Tolyatti şəhərində güclü yanğın baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Yanğın metal anqarda 400 kv.m sahədə baş verib.
Yanğının söndürülməsinə 69 nəfər canlı qüvvə və 25 texnika cəlb olunub.
Ölən və yaralanan yoxdur.