"Əl-Tai" prezidenti Turki Əl-Dabaan "PSJ"nin hücumçusu Lionel Messini Çempionlar Liqasında "Bavariya" ilə matçlarda oynadığına görə tənqid edib.
Ucnoqta.az xəbər verir ki, Əl-Dabaan SBC-də deyib:
"Mən komandam üçün artıq futboldan doymuş və Messi kimi "Bavariya"ya qarşı oyuna tribunadan baxan dünya səviyyəli futbolçu ilə müqavilə bağlamaq istəmirəm".
Çempionlar Liqasının 1/8 mərhələsinin “Bavariya” ilə qarşılaşmasında PSJ hər iki oyunda 0:1 və 0:2 hesablı uduzub.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.