Lerikdə sərnişin yük maşınından yıxılaraq öldü

12:42 - 29 Mart 2023 - HADİSƏ

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

Ucnoqta.az Report-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P. Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti