"Evə girə bilərlər, tez gəl..." - Fazil Mustafa ilk ona zəng edib

11:48 - 29 Mart 2023 - HADİSƏ

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Ucnoqta.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura. Təmkinini itirməmişdi”.

Xəbər xətti