Martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17 800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.