Göygöldə bıçaq xəsarəti alan kişi qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən bıçaqlanıb.
Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Dürdanə Əliyeva münaqişə zamanı E.Süleymanova mətbəx bıçağı ilə xəsarət yetirib.
D.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.