"Allaha şükür, futbolda hər şeyə nail ola bildim. Mənə yaşatdıqları bu gözəl hisslərə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm"
Ucnoqta.az xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Dünya Kubokunu qazandıqları üçün tərəfdaşlarına və məşqçilər korpusuna təşəkkür edib.
“Məşqçilər korpusu hər zaman hər şeydə yanımızda olub, hər zaman ən yaxşı formada olmuşuq. İndi mənə qalanlardan həzz almalıyam. Bu həzzin nə vaxta qədər davam edəcəyini bilmirəm. Mən futbolu sevirəm.
Mən heç vaxt əlçatmaz zirvələri xəyal etməmişəm və düşünməmişəm, mənim arzum oyunun özü idi. Mən həmişə özümü üstələməyə çalışmışam. İndi aydın oldu ki, əvvəlcə mənim çox uzun bir yolum var idi" - deyə Argentina milli komandasının kapitanı deyib.
Xatırladaq ki, dekabrın 20-də Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edərək 2022-ci il dünya çempionatının qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.