"Bütöv Azərbaycanı kimsə sarsıda bilməz!" - Deputat

00:25 - 29 Mart 2023 - Cəmiyyət

"Deputat Fazil Mustafaya yönəlik şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkilinin sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur:

"Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!

Allah dəyərli ziyalımıza tezliklə şəfa versin, Fazil bəyi ən qısa zamanında haqq davamızda həmişəki kimi ön sıralarda görmək ümidi ilə!".

Xəbər xətti