Moskvada "qanuni oğru" saxlanıldı

17:44 - 28 Mart 2023 - DÜNYA

Moskvada cinayət aləmində ən yüksək vəzifə tutmaqda və qanunsuz narkotik saxlamaqda təqsirləndirilən "Lexa Semipalatinskiy" ləqəbli 50 yaşlı "qanuni oğru" Aytkali Maymuşev saxlanılıb.

Bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

1997-ci ildən qeyri-rəsmi qanuni oğru statusuna malik olan Maymuşev kriminal mühitdə qəbul edilmiş adət-ənənələrə və qaydalara uyğun olaraq, kriminal subkulturaya dəstək verib, “oğru ideyalarını” təbliğ edib.///unikal

Xəbər xətti