Paytaxt yollarında tıxac var - Siyahı

08:25 - 28 Mart 2023 - Xəbər

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında son vəziyyəti açıqlayıb

NİİM-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti