İsveç Azərbaycanı darmadağın etdi

00:39 - 28 Mart 2023 - İDMAN

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan milli komandası İsveç yığması ilə qarşılaşıb. Millini təmsil edən oyunçular həmişəki kimi adətini pozmayaraq növbəti dəfə məğlub olublar. İsveç millisi Azərbaycan təmsilçisinin qapısından 5 cavabsız top keçiriblər.

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, Azərbaycan ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.

F qrupu

22:45. İsveç - Azərbaycan - 5:0

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89

Xəbər xətti