"Bavariya"nın keçmiş baş məşqçisi Julian Nagelsmann yaxın gələcəkdə "Çelsi"nin yeni baş məşqçisi ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq öz Twitter səhifəsində yazıb.
35 yaşlı mütəxəssis "mavilər"in Qrem Potteri istefaya göndərmək qərarına gəldiyi halda qısa siyahıya salınıb.
Qeyd olunur ki, hazırda Potterin istefasından söhbət gedə bilməz, lakin klub hesab edir ki, komanda yaxın vaxtlarda qələbəyə başlamasa, o zaman vəziyyət dəyişə bilər.
Nagelsmann özü "Bavariya"dan istefa verdikdən dərhal sonra yeni kluba rəhbərlik etmək istəmir və karyerasını dayandırmaq fürsətindən istifadə etmək istəyir.