Naxçıvanda qəzada 2 nəfər xəsarət alıb

23:45 - 27 Mart 2023 - HADİSƏ

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Culfa rayon ərazisində qeydə alınıb.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində şəhid ailəsi, Ordubad rayon Düylün kənd sakini 1964-cü il təvəllüdlü Allahverdiyev Allahverdi Nəcəf oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Allahverdiyev Hüseyn Allahverdi oğlu xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti