Həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadıldı - QƏRAR

18:33 - 27 Mart 2023 - Xəbər

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-cü il mayın 1-dək veriləcək.

Əvvəl bu müddət 2023-cü il martın 1-dək müəyyən edilmişdi.

Xəbər xətti