ABŞ İsraildəki etirazlara görə İsrail səfirliyini bağlayır

17:08 - 27 Mart 2023 - Xəbər

İsrailin ABŞ-dakı səfirliyi həmkarlar ittifaqının bütün dövlət işçilərini ölkədəki məhkəmə islahatlarına etiraz etmək üçün çıxmağa çağırdığı üçün bağlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasının nümayəndəsi Elad Strohmayer öz Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut əmr verib ki, bütün dövlət qulluqçuları, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşları tətil etsinlər.

“İsrailin (ABŞ-dakı) səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq, konsulluq xidmətləri göstərilməyəcək” - o, deyib.

Xəbər xətti