Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, martın 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və martın 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.