Sankt-Peterburqun "Zenit" futbol klubu Türkiyənin "Fənərbaxça" klubu ilə iki illik əməkdaşlıq müqaviləsi imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Zenit”in mətbuat xidməti məlumat yayıb.
Müqavilə kişi və qadın futbol komandalarının, kişi basketbol klublarının qarşılıqlı fəaliyyətini, eləcə də bir sıra digər layihələri əhatə edir. Müqavilə martın 23-də İstanbulda futbol klubları arasında keçirilən xeyriyyə oyunundan (2:2) sonra imzalanıb.
Əməkdaşlıq çərçivəsində bütün yaş kateqoriyalarından olan komandalar arasında yoldaşlıq görüşlərinin və turnirlərin təşkili, təlim proqramlarının yaradılması və həm idman, həm seleksiya blokları, həm də klubların digər departamentlərinin - hüquq, maliyyə və marketinq departamentlərinin mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Klublar həvəskar futbolu birgə inkişaf etdirəcək, həmçinin Qazprom-Akademiya və Fənərbaxça futbol məktəbinin oyunçularının ikitərəfli mübadiləsi proqramlarını yaradacaq.