Bu gün Azərbaycan millisi İsveç yığması ilə qarşılaşacaq

12:52 - 27 Mart 2023 - İDMAN

Bu gün Azərbaycanın futbol üzrə milli komandası Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, yığmamız İsveç millisinin səfərdə qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də İsveçin Solna şəhərindəki "Frends Arena"da keçiriləcək. 

Xatırladaq ki, Azərbaycan turun ilk oyununda Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

F qrupu

22:45
İsveç - Azərbaycan 
Frends Arena

Xəbər xətti