“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Qarabağ”la dünən Bakıda keçirilən xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib:
“Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”.