Novruz tətili günlərində qəzalarda 10 nəfər ölüb

10:25 - 27 Mart 2023 - HADİSƏ

Novruz tətili günlərində Azərbaycanda yol-nəqliyyat hadisələrində 10 nəfər ölüb.

Bu barədə Ucnoqta.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.

“Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü isə aşmadır”, - deyə DYP rəsmisi vurğulayıb.

Xəbər xətti