Yevlaxda mikroavtobus iki qadını vurub, ölən var

10:08 - 27 Mart 2023 - HADİSƏ

Yevlaxda avtomobil iki qadını vurub.

Hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.///Apa

Xəbər xətti