"Tottenhem Hotspur"un baş məşqçisi Antonio Konte istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə London komandasının saytı məlumat yayıb.
İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi iddia edilir. Kontenin köməkçisi Kristian Stellini mövsümün sonuna kimi baş məşqçi əvəzi təyin edilib.
İngiltərə Premyer Liqasında “Tottenhem” 4-cü yerdədir.