FHN Cəlilabaddakı yanğınla bağlı məlumat yaydı

00:08 - 27 Mart 2023 - Cəmiyyət

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

"Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

Xəbər xətti