Xəbər verdiyimiz kimi, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın xüsusi təyinatlıları dağlıq ərazidə ermənilərin istifadə etdiyi dolama dağ yolunun yaxınlığında müşahidə məntəqəsi yaradıblar. Sosial şəbəkədə Suşa - Turşsu yolunda hərbçilərimizin dayandığı iddia edilən postdan görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik: