Hüquqşünas Ərşad Hüseynov Laçın şəhərindən görüntülər paylaşıb
Ucnoqta.az xəbər verir ki, Ərşad Hüseynov Laçının bərpası və yenidən qurulmasının sürətlə davam etdiyini bildirib:
"Sözün həqiqi mənasında hər kəs öz işinin başındadır. Şanlı Ordumuz yurdumuzu etibarlı şəkildə qoruyur, düşmənin az qala hər nəfəs almasını da izləyir. Dinc, zəhmətkeş insanlar isə bayram, bazar bilmədən çalışırlar. Hər gün yeniliklər görmək olur".