Messi 800-cü qolunu vurub

10:16 - 24 Mart 2023 - İDMAN

Argentina yığmasının hücumçusu Lionel Messi millisinin heyətində Panama ilə yoldaşlıq oyununda qol vurub.

Ucnoqta.az xəbər verir ki, 35 yaşlı hücumçu peşəkar karyerasında 800-cü topu vurub. Ümumilikdə Messi Argentina millisinin heyətində 99, "Barselona" və "PSJ"nin heyətində, ümumilikdə isə cənubi amerikalı 701 qol vurub.

Oyun 2:0 hesabı ilə başa çatıb.

Fransa çempionatının cari mövsümündə Messi 23 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

Xəbər xətti