Portuqaliyalı hücumçu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirən dünya rekorduna imza atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Twitter” səhifəsində WhoScored məlumat yayıb.
38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna start verib və 8-ci dəqiqədə rəqib qapısına zərbə endirib. Bu oyun onun millidə 197-ci oyunu olub.
Qeyd edək ki, əvvəlki rekord - 196 görüş küveytli hücumçu Bader Əl-Mutavaya məxsus idi.