Ramazanın ikinci gününün duası - imsak və iftar vaxtları

23:50 - 23 Mart 2023 - ÖLKƏ İÇİ

Sabah Ramazan ayının ikinci günüdür.

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martin 24-də imsak vaxtı saat 05:13-də, iftar vaxtı isə 19:10-dadır.

2-ci günün duası:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!"

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti