“Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibin güclü futbolçulara malik olduğunu söyləyib: “Onlar son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində yaxşı oyunçular cəmləşib. Bu cür oyunlardan əvvəl zədəlilərin olmasına hazır olmaq lazımdır. Bizim də B planımız var. Zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Ən əsası özünəinamdır. Son matçlarda yaxşı nəticələr göstərmişik. Bunu davam etdirmək istəyirik”.
Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.