Vətən müharibəsi iştirakçısı direktor təyin olunub - FOTO

13:53 - 23 Mart 2023 - ÖLKƏ İÇİ

Vətən müharibəsi iştirakçısı – Babazadə Nicat İqbal oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Elm və Təhsil nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam orta məktəbinin direktor vəzifəsinə təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya müəllimi olan Babazadə Nicat İqbal oğlu Füzuli və Xocavənd rayonlarının düşməndən azad olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Babazadə Nicat İqbal oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi ilə təltif olunub.


Xəbər xətti