"Parma"nın qapıçısı Canluici Buffon həyatındakı ən böyük səhvini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2019-cu ildə "PSJ"i tərk etməməli olduğunu söyləyib.
“PSJ-də oynamaq karyeramın ən yaxşı təcrübəsi idi. Meqa-komandada oynayırdım: texniki cəhətdən biz hamıdan çox güclü idik. Çempionlar Liqasını tərk etmişik. "PSJ"dən ayrılmaq həyatımın ən böyük səhvi oldu. Mən 10 milyon avrodan imtina etdim”, – Buffon deyib.
Xatırladaq ki, Buffon 2018/19 mövsümündə "PSJ"də çıxış edib. Həmin mövsümdə italyan 25 oyun keçirərək komanda ilə çempionluq və Fransa Superkubokunu qazanıb.
Hazırda Buffon bu mövsüm "Parma"da çıxış edir.