Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappeni Fransa millisinin yeni kapitanı təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Yanvarın 9-da milli komandadan ayrılan “Tottenhem”in qapıçısı Uqo Lloris Fransanın sabiq kapitanı olub. "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann milli komandanın vitse-kapitanı təyin edilib.
Fransa millisinin heyətində 66 matçda iştirak edən 24 yaşlı Mbappe 36 qol vurub, 23 məhsuldar ötürmə edib.