Tərtərin Talış kəndinə qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıb.
"Report"un məlumatına görə, öz ata-baba yurduna qayıdan kənd sakinləri bayramı coşqu ilə qeyd ediblər.
Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra Novruz bayramı ərəfəsində - martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib.
İlkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.