"Barselona" əlavə vaxtda "Real"ı məğlub edib - El-Klassiko

09:45 - 20 Mart 2023 - İDMAN

İspaniya çempionatının 26-cı turu çərçivəsində "Barselona" "Kamp Nou"da "Real Madrid"i qəbul edib.

Ucnoqta.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab artıq 9-cu dəqiqədə açılıb. Vinisius zərbəsi Arauxonun başına dəyərək qapıdan keçib.

Meydan sahibləri ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirə bildilər. Madridlilər Rafinhanın zərbəsini dəf etsə də, Sergi Roberto topu küncə göndərdi.

Oyuna əlavə edilmiş vaxtda "Barselona" hesabı arasında fərqi artıraraq qalib gəliblər. (2:1)

Bu görüşdən sonra "Barselona" 68 xalla İspaniya çempionatında liderliyini davam etdirir. "Real Madrid" də 56 xalla ikinci pilləni qoruyub. İlk üçlüyü “Atletiko” tamamlayır. Madrid komandaları arasındakı məsafə cəmi beş xaldır.

Xəbər xətti