“Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haaland bu mövsüm unikal nailiyyət qazanıb.
Ucnoqta.az xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə Kubokunun 1/4 finalında "Bernli" ilə matçda (6:0) het-trik edib. Bu matçdan sonra Haalandın cari mövsümdə üç və ya daha çox qol vura bildiyi matçların sayı altıya çatıb.
İngiltərə Premyer Liqasının (APL) bütün oyunçuları birlikdə beş het-trikə imza atıblar.
Məhəmməd Salah (“Liverpul”), İvan Tauni (“Brentford”), Son Heunq-min (“Tottenhem”), Fil Foden (“Mançester Siti”) və Leandro Trossard (“Arsenal”).
Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə Haaland 26 oyun keçirib, 28 qol vurub və 5 məhsuldar ötürmə verib.