İnfantino “Barselona”nın hakimlərə rüşvət verməsinə münasibət bildirib

20:44 - 17 Mart 2023 - İDMAN

FIFA prezidenti Canni İnfantino İspaniyanın hakimlər komitəsinin keçmiş vitse-prezidentinə hakimlərə təsir etmək üçün rüşvət verməkdə şübhəli bilinən “Barselona” ilə bağlı aparılan istintaqa münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə El Pais yazıb.

“FIFA futbolda baş verən hər şeyi izləyir. Belə xoşagəlməz hallar yarananda, təbii ki, biz narahat oluruq, çünki klublar, xüsusən də böyük klublar bütün dünyada idmanımızın inkişafı üçün çox işlər görürlər. Bu vəziyyəti necə həll edəcəyini anlamaq üçün İspaniyada baş verənləri diqqətlə təhlil etmək lazımdır. Hər kəs hərəkətə keçməli və həll yolları axtarmalıdır " - nəşr yazıb.

Xəbər xətti