Bakı-Ələt magistral yolunda ciddi sıxlıq müşahidə olunur.
Oxu.Az xəbər verir ki, yolun Bibiheybət məscidi istiqamətində olan hissəsində avtomobillərin hərəkəti tam dayanıb.
Müşahidə olunan sıxlıq Novruz bayramı günlərində Bakıdan rayonlara gedən şəxslərin sayının çox olması ilə bağlıdır.