PSJ rəhbərliyi və argentinalı hücumçu Lionel Messi yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Məlumatına görə, 35 yaşlı hücumçu müqaviləsi 2025-ci ilin yayında başa çatacaq fransalı hücumçu Kilian Mbappenin maaşından bir qədər fərqli olacaq maaş almaq istəyir.
Hazırda tərəflər arasında potensial razılaşmanın nə vaxtı, nə də məbləği barədə konkret məlumat yoxdur. Əməkdaşlığın davam etdirilməsi üçün iki variant nəzərdən keçirilir - ya müqavilənin avtomatik olaraq bir il müddətinə uzadılması bəndinin aktivləşdirilməsi, ya da bir mövsümlük yeni müqavilənin bağlanması.