Siyəzəndə 4 otaqlı ev yanıb

16:15 - 17 Mart 2023 - HADİSƏ

Siyəzən rayonunun Zarat kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örütüyü 100 m² sahədə, 1 otaq və mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti