Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

15:41 - 17 Mart 2023 - İDMAN

UEFA-nın İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində Çempionlar Liqasınınn püşkatma mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, mərasimə qitənin ən güclü 8 komandası qatılıb. 
Püşkatma nəticəsində qrupun cütləri müəyyənləşib.

Çempionlar Liqası

1/4 final

"Real Madrid" - "Çelsi"
"Mançester Siti" - "Bavariya"
"Milan" - "Napoli"
"İnter" - "Benfika"

1/2 final

"Milan/Napoli" - "İnter/Benfika"
"Real Madrid / Çelsi" - "Mançester Siti / Bayern Münhen"

Son

Yarımfinal 2 qalibi – Yarımfinal 1 qalibi

1/4 final mərhələsinin ilk oyunları aprelin 11 və 12-də, cavab görüşləri isə aprelin 18 və 19-da keçiriləcək. Yarımfinal oyunları mayın 9 və 10-da başlayacaq, cavab görüşləri isə mayın 16 və 17-də keçiriləcək. Final iyunun 10-da baş tutacaq.

Xəbər xətti