Qusarda evdə partlayış olub, xəsarət alan var

15:23 - 17 Mart 2023 - HADİSƏ

Qusar rayonunun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evlərin birində partlayış olub.

"Report"un məlumatına görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb.

O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti