Bu gün Biləsuvar rayonunda ağır qəza baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, köhnə Ələt-Astara magistralının rayondan keçən hissəsində Rusiyaya məxsus TIR ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan 5 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerindən görüntüləri təqdim edirik.